Azərbaycanın iqtisadiyyat Naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansenlə görüşüb.

Bu barədə nazir "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, görüşdə özəl sektorun inkişafı, Gəncə Yaşıl Şəhər Proqramı çərçivəsində icra olunacaq layihələr və AYİB-in işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı məsələləri barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2021-ci ilin martın 31-nə AYİB-in Azərbaycandakı aktiv portfelinin həcmi 35 layihə üzrə 1,201 mlrd. avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Təkcə 2020-ci ildə isə bank Azərbaycana 6 layihə üzrə 17 mln. avro həcmində investisiya yatırıb.

.