Azərbaycan Yazıçılar Birliyinin qurultayının keçiriləcəyi məkan və vaxt dəqiqləşib.

Bu barədə birlikdən məlumat verilib.

Bildirilib ki, qurultay 26 oktyabr saat 10:00-da, Akademik Milli Dram Teatrında keçiriləcək.

Azərbaycan Yazıçılar Birliyinin dəvətilə Qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq iştirak edəcək.

.