Türkiyə, Misir və Pakistan ABŞ ilə İran arasında danışıqlarda vasitəçilik ediblər.
Bu barədə “Axios” xəbər verib.
Qeyd edilib ki, Türkiyə, Misir və Pakistanın yüksək vəzifəli rəsmiləri ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi ilə ayrı-ayrılıqda danışıqlar aparıblar.
Həmçinin qeyd olunub ki, son iki gün ərzində Türkiyə, Misir və Pakistan gərginliyi azaltmaq məqsədilə ABŞ ilə İran arasında mesajların ötürülməsində vasitəçi rolunu oynayır.
.
