Böyük Britaniya, Almaniya, Polşa, Fransa və Ukrayna liderləri Rusiyadan 30 günlük atəşi dayandırmağı tələb ediblər.

Liderlərin Kiyevdə birgə keçirdiyi mətbuat konfransından verdiyi məlumata görə, bu barədə Böyük Britaniya və Polşa baş nazirləri, Almaniya Kansleri, Fransa və Ukrayna prezidentləri birgə açıqlamalarında qeyd ediblər. 

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, qərar bu gün, yəni mayın 10-da Avropadan olan koalisiya üzvləri tərəfindən qəbul edilib. O qeyd edib ki, növbəti addımlar Rusiyanın bu çağırışa reaksiyasından asılı olacaq.

"Qətiyyətlilərin koalisiyası" liderləri Kiyevdə görüşdən sonra ABŞ Prezidenti Donald Trampa zəng edərək Ukrayna tərəfinin mayın 12-dən etibarən atəşkəsə hazır olduğunu bildiriblər.
 

.