Fransa, İspaniya və digər Avropa ölkələrini bürüyən meşə yanğınları və isti hava dalğaları səbəbindən dəyən zərərin həcmi 3,1 milyard avro təşkil edib.
Bu barədə Avropa Komissiyasının məlumatlarına əsasən "The Financial Times" nəşri məlumat yayıb.
"Təxminən yarım milyon hektar torpaq sahəsi yanıb ki, bu da Fransa, İspaniya, Portuqaliya, Yunanıstan və Rumıniya da daxil olmaqla təkcə avrozonanın ən çox zərər çəkmiş beş ölkəsinə 3,1 milyard avro həcmində iqtisadi ziyan vurub. Bu, Avropa Komissiyasının qiymətləndirmələrini əhəmiyyətli dərəcədə üstələyir. Avropa Komissiyasının hesablamalarına görə, bütün Avropa İttifaqı üzrə orta illik zərər 2,5 milyard avro təşkil edir", - nəşrin məlumatında qeyd edilib.
Son 10 il ərzində yanğınlardan dəyən zərər 3 milyard avro həddini yalnız 2021-ci ildə ötüb, ötən il isə bu göstərici təxminən 0,5 milyard avro təşkil edib.
.
