
Avropa Siyasi İcmasının üçüncü sammitinin vaxtı bəlli olub.
Avropa Siyasi İcmasının üçüncü sammiti oktyabrın 5-də İspaniyanın Qranada şəhərində baş tutacaq.
Xatırladaq ki, birinci sammit ötən ilin oktyabr ayında Çex Respublikasının paytaxtı Praqada, ikinci sammit isə bu ilin iyun ayında Moldovanın paytaxtı Kişinyovda keçirilib.
Qeyd edək ki, Aİ Şurasının prezidenti Şarl Mişel may ayında Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündən sonra mətbuata açıqlamasında bildirib ki, o, Azərbaycan və Ermənistan liderlərini Qranadada keçiriləcək 3-cü Avropa Siyasi İcması sammiti çərçivəsində görüşə dəvət etmək niyyətindədir.
.