"Vaqif Aydınoğlunun Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin vitse-prezidenti təyin olunması barədə xəbər yanlışdır".

Bunu şirkətin prezidenti, əməkdar jurnalist Azər Xəlilov deyib.
O bildirib ki, hələ heç bir rəsmi təyinat olmayıb: "Ümumiyyətlə, vitse-prezident vəzifəsini hələ ki, heç kim icra etmir. Heç bir şəxsi heç bir vəzifəyə təyin etməmişik. Hələlik yeganə göstəriş odur ki, iş davam edir".
"Təyinatlarla bağlı yayılan xəbərlər səhv, təhrif olunmuş, yanlış məlumatlardır", - deyə A.Xəlilov əlavə edib.
Qeyd edək ki, bu gün bəzi KİV-lər Vaqif Aydınoğlunun Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin vitse-prezidenti təyin olunması barədə xəbər yayıb.

"CBC kanalına da rəhbərliyi hələlik özüm edirəm”.

Bunu da "Azər Xəlilov deyib.
O deyib ki, üç nəfərdən başqa ərizə yazaraq işdən çıxmaq istəyən olmayıb.
A.Xəlilov onu da qeyd edib ki, iki verilişdən ("Yoxlama” və "ATV səhər”) başqa, hansısa proqramın bağlanması barədə heç bir qərar qəbul olunmayıb: "Hazırda gərgin iş rejimi olduğundan yaxın gələcəkdə ATV üçün hansısa dəyişikliklərin edilməsi barədə danışmaq tezdir”.

.