ATƏT-ə sədrlik edən Polşanın xarici işlər naziri Zbiqnev Rau fevral ayının ortalarında Moskvaya səfər etməyi planlaşdırır.

TASS verdiyi məlumata görə, bu barədə şənbə günü Polşa mətbuat agentliyinə Polşanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Lukaş Yasina bildirib.

Onun sözlərinə görə, Rau ilk olaraq Ukrayna və ABŞ-a səfər edəcək.

"Gələn ayın ortalarında, çox güman ki, fevralın 15-də ATƏT sədri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Moskvaya səfər ATƏT sədri üçün normal prosedurdur, ona görə ki, Rusiya bu təşkilatın ən mühüm üzvlərindən biridir", - Yasina qeyd edib.

.