Azərbaycana rəsmi səfəri çərçivəsində İsveçrə Konfederasiyasının Vitse-prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis İçərişəhəri ziyarət edib.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, qonağı qurumun İdarə Heyətinin sədri Rüfət Mahmud və nümayəndə heyəti qarşılayıb.
Ziyarət zamanı vitse-prezident Qız Qalası, Şirvanşahlar Saray Kompleksi və Sıratağlı dini-memarlıq kompleksi ilə tanış olub.
Eyni zamanda ona İçərişəhərin zəngin tarixi-mədəni irsi, həyata keçirilən bərpa və konservasiya işləri, eləcə də turizm potensialının inkişafı istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verilib.
.
