Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ayrı-ayrılıqda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşüb.

O, bu barədə “X” hesabında yazıb.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ayrı-ayrı görüşlər keçirdim. Konstruktiv və əhatəli dialoqun davamlı sülhə aparan yeganə yol olduğunu vurğuladım”, - paylaşımda qeyd olunub.

.