ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri İqnazio Kassis Azərbaycana ilk rəsmi səfərinə başladığını açıqlayıb.
O, bu barədə "X" hesabında paylaşım edib.
Kassis bildirib ki, İsveçrə Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir və ticarət, innovasiya, iqtisadiyyat sahələrində əməkdaşlığı dərinləşdirməyi, eyni zamanda Cənubi Qafqazda dialoq, sülh, sabitlik və rifahın təşviqi istiqamətində fəaliyyəti gücləndirməyi hədəfləyir.
ATƏT-in fəaliyyətdə olan sədri qeyd edib ki, bu səfər daha geniş regional diplomatik təmasların başlanğıcıdır. Onun növbəti səfəri Türkmənistana olacaq.
.
