
Bolqarıstanın Baş nazirinin müavini Atanas Zafirov avqustun 8-də Ağ Evdə Azərbaycan və Ermənistan tərəfindən imzalanmış birgə bəyannaməni alqışlayıb.
"Report"un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə A.Zafirov bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanla İrəvanda keçirilən görüşdə bildirib.
Danışıqlar zamanı tərəflər biznes forumların təşkilinin və iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün addımların atılmasının vacibliyini vurğulayıblar.
Onlar, həmçinin Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlığı və digər regional məsələləri müzakirə ediblər.
.