Qazax rayonunda saxta dollar yayan şəxs tutulub.
Teleqraf.com xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi və Qazax rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 28-də 2-cı Şıxlı kəndi ərazisində Astara şəhər sakini Kainat İsmayılov saxlanılıb.
Ondan saxta 2000 ABŞ dolları götürülüb.
.
