Bütün vitaminlər mütləq şəkildə orqanizmin normal fəaliyyətinin təmin edilməsində mühümdür. Bununla belə, arıqlamaq məsələsində ən böyük rolu “D”, “B” və “C” vitaminləri oynayır.

Bu barədə rusiyalı diyetoloq Yelena Tixomirova bildirib.

Onun sözlərinə görə, siyahıya “D” vitamini rəhbərlik edir və bu, təsadüfi deyil.

“Çünki bu vitamin bədəndəki kişi və qadın cinsi hormonlarının sintezində iştirak edir, nəticədə metabolik proseslərin intensivliyi tənzimlənir. “D” vitamininin azalması aktivliyin, libidonun azalmasına, eyni zamanda iştahanın artmasına səbəb ola bilər. Bunun isə arıqlamağa töhfə verməsi mümkün deyil”, - deyə ekspert izah edib.

Reytinqdə ikinci yeri “B” qrupu vitaminləri tutub.

Diyetoloqun sözlərinə görə, onlar yağların oksidləşməsinin ən vacib katalizatorlarıdır, məşq zamanı piylərin yanması prosesini sürətləndirir, həmçinin sinir-əzələ və sinirlərarası əlaqələrin ötürülməsinə nəzarət edir. Eyni zamanda, “B” vitaminləri toplanmır, buna görə də hər gün qəbul edilməlidir.

Həkimin sözlərinə görə, “C” vitamini də arıqlamaq üçün faydalıdır, o, həmçinin bədəndə kollagen sintezi funksiyasını yerinə yetirir, bu isə artıq çəkidən qurtulmağa kömək edir.

“Bundan əlavə, bu vitamin bədənimizin hüceyrələrini sərbəst radikal oksidləşmədən qoruyan, toxumalara gənclik və elastiklik verən ən vacib antioksidantlardan biridir. “B” vitaminləri kimi, gündəlik olaraq qəbul edilməlidir”, - deyə Tixomirova əlavə edib.

.