Bir neçə gün öncə Türkiyə milli komandasından qovulan "Barselona”nın futbolçusu Arda Turanla bağlı daha bir qalmaqallı iddia yayılıb. Futbolxeber.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi bu dəfə qumarla gündəmə gəlib.

İspaniya mətbuatında bildirilir ki, o, qumar düşkünüdür. Arda yığmadan qovulandan sonra qumar masasında iki lüks maşının pulunu uduzub. Məhz bu səbəbdən də onun "Barselona”nı tərk edəcəyi deyilir.
Qeyd edək ki, Arda Turan milli komanda ilə səyahət edərkən jurnalist Bilal Meşeyə hücum çəkərək onu təhqir etmişdi.
.