Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay təşkilatın Astanadakı qərargahına "Qarabağ atı" heykəlinin hədiyyə edilməsinə görə Azərbaycana təşəkkür edib.

O, bunu AQEM-in Bakıda keçirilən VII Zirvə Görüşündə bildirib.

"Bu hədiyyəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə səmimi təşəkkürümü bildirirəm", - K.Sarıbay qeyd edib.

O, həmçinin ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsipləri nəzərə alınmaqla inşa edilmiş AQEM-in qərargahını təqdim etdiyinə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkürünü bildirib:

"Bundan əlavə, Asiya mədəniyyətinin müxtəlifliyini əks etdirən və qərargahı əsl Asiya diplomatiyası məbədinə çevirən sənət əsərlərini hədiyyə etmiş üzv dövlətlərə minnətdarlığımı bildirirəm".

.