Bakıda anasını başını kəsən oğul xəstəxanada vəfat edib. Yenizaman.az Teleqraf.com-a istinadən xəbər verir ki, Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan 1984-cü il təvəllüdlü Emin Şahbalayev dekabrın 24-də dünyasını dəyişib.
Emin Şahbalıyevin epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Emin Şahbalayev 2 dekabr 2010-cu ildə Binəqədi rayonunun Binəqədi qəsəbəsi 1-ci mədən korpus 25 ünvanında anası 57 yaşlı Nuriyyə Bilalovanın başını kəsib.
Emin Şahbalayev anasını öldürdükdən sonra onun gözlərini çıxarıb. Bundan sonra anası ilə birgə yaşadığı evi yandıraraq hadisə yerindən qaçıb.
Anasını öldürən Emin Şahbalayev onunla birlikdə yaşayırmış. Ağır ruhi xəstə olan Emin dekabrın 2-də səhər saatlarında anasını yatmış vəziyyətdə qayçı və bıçaqla vuraraq qətlə yetirib.
Sonra anasının gözünü çıxarıb və evə od vurub. Qətlin baş verməsi də elə bundan sonra məlum olub. Qonşular evin yandığını görüb söndürüblər. Evə daxil olarkən Nuriyyə Bilalovanı yataqda qanın içərisində aşkarlayıblar.
Dərhal polisə məlumat verilib. Polis əməkdaşları Emini üst-başı qanın içərisində Binəqədi-Xırdalan yolunda tutublar.
Qonşuların bildirdiyinə görə, Eminin evdə tez-tez tutmaları olurmuş. Anası onu xəstəxanaya aparıb iynə vurdurduqdan sonra sakitləşirmiş.
Emin Şahbalayevin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hakim Azər Orucovun sədrliyi ilə baxılıb və məhkəmənin hökmü ilə o, məhkum olunub.
