London Universitet Kollecinin alimləri dölün vəziyyətini və doğuş zamanı dölün başına tətbiq olunan qüvvəni müəyyən etmək üçün sensor əlcək hazırlayıblar.

O, doğuş zamanı fəsadların qarşısını almağa kömək edəcək.

Araşdırmanın nəticələri “Frontiers in Global Women's Health” jurnalında dərc olunub.

Texnologiya transvaginal müayinələr zamanı real vaxt rejimində məlumatları təqdim edə bilir. Doğuş lazım olduğu kimi getmədikdə, həkimlər problemin nə olduğunu müəyyən etmək üçün geniş tibbi texnologiyalardan istifadə edirlər. Lakin yoxsul ölkələrdə bu texnologiyalar və onlardan istifadə edə bilən ixtisaslı kadrlar çətin tapılır.

Əlcək artıq körpə başı modelindən istifadə etməklə uğurla sınaqdan keçirilib. O, mama-ginekoloqa dölün vəziyyətini müəyyən etməkdə uğurla kömək edib. Gələcəkdə elm adamları əlcəyin daha da təkmilləşdirilməsi üçün texnologiyanı insanlar üzərində sınaqdan keçirməyə ümid edirlər.

.