Masallı rayonunda ana və körpəsi itkin düşüb.
Rayonun Hüseynhacılı kənd sakini Quliyeva Ramilə Yusif qızı noyabrın 13-də gecə saatlarında 8 aylıq qızı Zarina ilə evdən çıxaraq naməlum istiqamətə gedib.
Həmin vaxtdan etibarən R.Quliyeva ilə əlaqə saxlamaq mümkün olmayıb.
Yaxınları R.Quliyevanın və körpəsinin xarakterik əlamətlərini polisə təqdim edib. Axtarış tədbirləri davam etdirilir (lent.az).
.
