Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Köln şəhərinə səfər edəcək.
Avropa.info-nun məlumatına görə rəsmi səfərdə Ərdoğan çıxış edəcək. Ərdoğanın çıxış edəcəyi yerə 800 metr məsafədə mitinq keçirilməsinə icazə verilib. Polisin Ərdoğanın çıxışı əsnasında mitinqə icazə verməsi təəccüb doğurub.
Ərdoğanın çıxışının məqsədi Almaniyada yaşayan türklərə müraciət etməkdir. Ancaq baş nazirə qarşı aksiya təşkil edilməsinə icazə verilməsi Türkiyəni ciddi narahat edib. Ərdoğanın çıxış edəcəyi saatda Köln şəhərində 8 mitinq müəyyənləşdirilib.
Ərdoğanın çıxış edəcəyi arena 20 min tamaşaçı tutur. Baş nazirin gələcəyini eşidən türklər Almanıyanın bütün şəhərlərindən Kölnə axışmağa başlayıb.
Bundan əlavə, salonun ətrafına da 20 min nəfərin toplaşacağı proqnozlaşdırılır.
.
