
“Bundesver (Almaniya Silahlı Qüvvələri) qoşunlarının Ukraynada olması məsələsi gündəmdə deyil.”
Bunu Almaniya kansleri Fridrix Merz deyib.
"Bu günə qədər belə bir qərar nəzərdən keçirilmir. Lakin tarixi arqumentlər həmişə müzakirələrin bir hissəsidir. Amma bu müzakirələr başqa nəticələrə də gətirib çıxara bilər.", - o bildirib.
O həmçinin bildirib ki, Almaniya Ukraynanın təhlükəsizliyinə zəmanət vermək üçün avropalı tərəfdaşlarla əməkdaşlıq etmək istəyir.
.