2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə (I-IV ixtisas qrupları üzrə) tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu davam edir.
Aprelin 9-u saat 10.30-a olan məlumata əsasən, ilk qəbul imtahanında iştirak üçün 31 349 abituriyent (26 789 nəfər Azərbaycan bölməsi, 4560 nəfər rus bölməsi), ikinci qəbul imtahanında iştirak üçün isə 376 abituriyent (320 nəfər Azərbaycan bölməsi, 56 nəfər rus bölməsi) qeydiyyatdan keçib.
Ali təhsil müəssisələrinə (I-IV ixtisas qrupları üzrə) tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu martın 29-dan aprelin 30-dək internet vasitəsilə aparılır.
.
