Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq hər iki ölkə üçün çox önəmlidir və münasibətlərin yaxşılaşdırılması üzərində iş gedir.

Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini  Aleksey Overçuk bildirib

“Biz hökumətlərarası komissiya çərçivəsində görüşlər keçirdik və iqtisadiyyat sahəsində hər iki tərəf gördü ki, əməkdaşlığımız inkişaf edir. Rusiya ilə Azərbaycan arasında mövcud əməkdaşlıq hər iki ölkə üçün çox vacibdir. Biz bu münasibətlərin daha da yaxşılaşdırılması üçün çalışırıq.”

.