Belə münasibətlərin qurulması onu göstərir ki, sizin və bizim ölkəmizin bir çox ortaq dəyərləri var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevlə mətbuata bəyanatında deyib.
A.Vuçiç bu gün Prezident İlham Əliyevlə çox əhəmiyyətli məsələlər üzərində, Avropada və bütün dünyada olan məsələlərlə bağlı fikir mübadiləsi apardıqlarını bildirib.
Serbiyada və Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədədir
İstərdim ki, azərbaycanlılar Serbiyaya tez-tez səfər etsinlər. Rahatlıq, əmin-amanlıq, təhlükəsizlik tam şəkildə təmin edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
“Hər iki ölkədə təhlükəsizlik ən yüksək səviyyədədir və bizim Azərbaycan xalqı ilə olan birbaşa təmaslarımız da vacibdir”, - deyə Serbiya Prezidenti əlavə edib.
Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir
Biz iqtisadi əməkdaşlıq məsələlərinə, kənd təsərrüfatı sahəsinə toxunduq, bu sahədə də bir çox mübadilələr baş verə bilər. Hesab edirəm ki, Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
O, Azərbaycandan ölkəsinə xüsusi endirimlə məhsullar ixrac olunduğunu vurğulayaraq deyib: “Digər ixrac edilən məhsullarla müqayisədə bu, xeyli qəbuledilən bir qiymətdir. Ona görə düşünürük ki, bu sahədə işləməyən hökumət rəsmiləri buna baxmalıdırlar. Həmçinin bu sahədə də əməkdaşlıq yaratmalıdırlar və təbii ki, bizim azərbaycanlı dostlarımızın təklif etdiyi məhsulları almağa hazırlaşmalıdırlar”.
“Əlbəttə ki, bizim də Azərbaycana təklif edəcəyimiz çox məhsullar var”, – deyə A.Vuçiç əlavə edib.
.
