Akif Çovdarov 525 min dollarımı aldı - Zərərçəkmiş

6,080 oxunub

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, prosesdə A. Çovdarovun vəkilləri çıxış edib. Onlar A. Çovdarovun holter aparatından keçirilməsini istəyiblər. Bildiriblər ki, işemiya və ritm xəstəliklərini həmin aparat müəyyən edir. Vəkillərin sözlərinə görə, müvəkkilləri holter aparatından keçmədiyi üçün həkimlər ona müalicə yaza bilmirlər, çünki onun vəziyyətini müəyyən etmək mümkün deyil.

Məhkəmə vəsatəti təmin etməyib. Hakim bildirib ki, bu məsələ onların səlahiyyətində deyil. Daha sonra iclasda "Baktel" şirkətinin rəhbəri Zaur İbrahimov zərərçəkmiş kimi ifadə verib.

Bildirib ki A. Çovdarov ondan 525 min dollar alıb. A. Çovdarov isə onun dediklərini təkzib edib. Bildirib ki, həmin şəxsi tanıyır və bir tanışının xahişi ilə onu qəbul edib: "Ona borclu olanlar var idi. Həmin məsələ ilə bağlı görüşmüşdük. Bilirdim ki, həmin adamlar problemli adamlardır. Dedim ki, get qanuni yolla ala bilirsənsə, pulunu al".

Proses fevralın 8-də davam edəcək.

.
XƏBƏRLƏR 27-09-2026
26-09-2026
20:01 Tramp: Putin və Zelenski bəlkə də qışdan əvvəl razılaşma əldə edəcəklər
19:50 Lavrov Ukraynada müharibə başlayandan sonra ilk dəfə Almaniyanın xarici işlər naziri ilə görüşüb
19:38 Prezident İlham Əliyevin sosial media hesablarında Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı videoçarx paylaşılıb - VİDEO
19:15 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
19:06 Bəzi rayonlara dolu düşəcək, sulu qar yağacaq
19:03 Tramp Kuba ilə bağlı hərbi müdaxiləyə ehtiyac olmayacağını bildirib
18:25 Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
18:20 Ceyhun Bayramov: Biz real nəticələr verən, regional sabitliyi təmin edən çoxtərəfli sistemə sadiq qalırıq
18:15 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - YENİLƏNİB-1
18:06 İran Ali Milli Təhlükəsizlik Şurası: Hava məhdudiyyətlərinin aradan qaldırılması üzrə danışıqlar davam edir
18:03 CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
17:31 Tramp: İran nüvə silahına sahib ola bilməz
17:20 "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb
17:15 İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - YENİLƏNİB
17:06 Makron 2027-ci ildən sonra yenidən prezidentliyə namizədliyini istisna etməyib
Təqvim