
Avropa Komissiyası (AK) Ukraynanın hərbi-sənaye kompleksinə investisiyalar haqqında ilk müqavilələri artıq imzalayıb.
Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici Siyasət Xidmətinin baş katibinin müavini Şarl Fris Brüsseldə keçirilən Aİ və Ukrayna arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq konfransında bildirib.
"Aİ-nin Xarici Siyasət Xidmətinin rəhbəri mayın 9-da bəyan edib ki, Aİ Ukraynanın hərbi sənayesinə 1 milyard avro investisiya qoyacaq və ilk müqavilələr artıq imzalanıb", - Ş.Fris bildirib.
Onun sözlərinə görə, Aİ və Ukrayna Brüssel və Kiyev arasında hərbi-texniki əməkdaşlıqla məşğul olacaq "daha bir birgə komissiya" yaratmaq qərarına gəliblər.
Ş.Fris qeyd edib ki, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas forumda iştirak edə bilməsə də, iştirakçılara ən xoş arzularını çatdırıb.
Daha əvvəl AK elan etmişdi ki, Avropa İttifaqı Ukraynanın dəstəklənməsinə ümumilikdə 150 milyard avro ayırıb, bunun 50 milyard avrosu Kiyevə silah tədarükünə xərclənib ki, bu da Aİ üzrə ÜDM-nin 0,1 %-ni təşkil edir.
.