“Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli sazişlə bağlı danışıqlar hələ də davam edir. Ümidvaram ki, bu saziş yaxın zamanda imzalanacaq”.

Bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko bildirib.

O, sazişin imzalanmasının əməkdaşlıq və tərəfdaşlıq üçün hüquqi zəmin yaradacağını vurğulayıb: “Bu, olduqca, vacibdir. Hüquqi zəminin yaradılması əməkdaşlıq və tərəfdaşlığı daha yüksək səviyyəyə çatdırır”.

Peter Mixalko deyib ki, Aİ Azərbaycandan ixrac edilən çox sayda məhsulun əsas satış bazarıdır.

.