Avropa İttifaqında (Aİ) hazırlanan və yayda tətbiq olunması nəzərdə tutulan rəqəmli COVID sertifikatı ilə bağlı razılaşdırılmanın birinci mərhələsi bu gün başa çatıb.

Bu barədə Aİ Şurasının açıqlamasında bildirilir:

“Aİ-yə üzv ölkələrin daimi nümayəndələri rəqəmli yaşıl sertifikatın layihəsilə bağlı Avropa Parlamenti ilə danışıqlar üçün mandatı çərşənbə günü razılaşdırıblar. Həmin sertifikat sahibinin peyvənd keçdiyini, PCR testindən mənfi nəticə aldığını, yaxud xəstəliyi keçirib immunitet qazandığını təsdiqləyəcək və COVID-19 pandemiyası dövründə təhlükəsiz, sərbəst gediş-gəlişə yardım olacaq”, – deyə sənəddə bildirilir.

Bu sertifikatın bütün Aİ məkanında, habelə İslandiya, Norveç, Lixtenşteyn, İsveçrə ərazisində qüvvədə olacağı, həmçinin dünya miqyaslı təşəbbüslərə də açıq olacağı bildirilir.

.