"İcbari tibbi sığortada stasionar yardım zamanı dərman təminatları pulsuz verilir". 

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib.

Onun sözlərinə görə, eyni zamanda stasionar yatış zamanı dərmanlar İcbari Tibbi Sığortanın təlimatlarına uyğun alınır. Ancaq ambulator, yəni resept əsasında yazılan dərmanlar icbari tibbi sığorta sisteminə daxil deyil.

.