Ağdamda narkotik vasitə qəbul edərək avtomobil idarə edən sürücü inzibati qaydada həbs olunub.
Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "VAZ" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Məmmədhüseyn Həsənova “saxla” işarəsi verilib. Araşdırma zamanı onun narkotikin təsiri altında avtomobil idarə etdiyi müəyyən edilib.
M.Həsənov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənun qərarına əsasən o, 15 gün müddətinə inzibati qaydada həbs olunub.
.
