Ağ Evin sözçüsü Cen Psaki 2022-ci ildə vəzifəsindən getməyi planladığını açıqlayıb.

“Mediaite” portalının məlumatına görə bu barədə Psaki CNN-ə müsahibəsi zamanı bəyan edib.

Onun sözlərinə görə, ABŞ prezidenti Co Baydenin keçid komandasına təyin olunması ilə bağlı müzakirələr zamanı söhbət təxminən bir il müddətindən gedib.

“Düşünürəm ki, artıq təxminən bir il keçdikdən sonra başqasının bu işi görməsinin vaxtı gəlib”, - deyə o, bildirib.

Qeyd edək ki, Psaki 2013-cü ilin fevralından 2015-ci ilədək, 2009-2011-ci illərdə Dövlət Departamentinin sözçüsü vəzifəsində çalışıb, 2015-2017-ci illərdə isə ABŞ prezidentinin (demokrat Barak Obama dövründə) köməkçisi işləyib.

.