jpg-1749024074.jpg)
Abşeron rayonunun Məmmədli kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı araşdırma aparılır.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən (KTN) məlumat verilib.
Bildirilib ki, Aqrar Xidmətlər Agentliyi (AXA), KTN-in Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Qida Təhlükəsizliyi Agentliyi (AQTA) araşdırma aparır.
Hər üç dövlət qurumunun mütəxəssisləri əraziyə baxış keçirib, sudan və balıqlardan nümunələr götürülüb. Nümunələr AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi, KTN-in Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib.
.