Abşeronda daş karxanasında hündürlükdən yıxılan kişi ölüb.

Sentyabrın 28-i Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Nurlan Qüdrət oğlu Balaqardaşov Güzdək qəsəbəsinin ərazisində yerləşən daş karxanasındakı hündürlükdən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş N.Balaqardaşov oktyabrın 22-si orada ölüb.

Araşdırmalar aparılır.

.