ABŞ Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin bank hesablarını yoxlamağa göstəriş verib.
Yenizaman.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ Maliyyə Naziriliyi maliyyə institularına Yanukoviçin və Ukraynada istefaya getmiş və yaxud Kiyevi tərk etmiş digər yüksəkçinli məmurlarının da bank hesablarının hərəkətini nəzarətə götürməyi tövsiyə edib.
Nazirlik eyni zamanda, digər xarici siyasətşilərin banklarda yatırdığı iri məbləğdə olan şəxsi bank hesablarını araşdrmağı aidiyyatı orqanlara tapşırıb.
Nazirliyin tövsiyəsində həmin vəsaitlərin hansı yollarla əldə edildiyinin araşdırılmasını tapşırıb.
.