ABŞ Konqresinin nümayəndə heyəti Tayvana səfər edəcək.

Bu barədə “Reuters“ Tayvandakı Amerika İnstitutuna istinadən məlumat yayıb.

Senator Ed Markın rəhbərlik etdiyi Konqresin nümayəndə heyəti bu gün – bazar günü Tayvana səfər edəcək. Səfər iki gün davam edəcək. Tayvan administrasiyası ilə görüşlərdə ikitərəfli əlaqələr, regional təhlükəsizlik və qlobal ərzaq tədarükü məsələləri müzakirə olunacaq.

.