ABŞ-ın "Citibank”ının 2007-ci ildən fəaliyyət göstərən Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib.

Bu barədə Vergilər Nazirliyinin "Vergilər” qəzeti xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanına ("Port Baku Tauers” biznes mərkəzinin cənub qülləsinin 9-cu mərtəbəsi) bildirə bilərlər.

Maraqlıdır ki, bir neçə gün bundan əvvəl sözügedən nümayəndəlik ictimaiyyətə müraciət edərək ona məxsus VÖEN şəhadətnaməsinin, Nizamnamənin və Dövlət reyestrindən çıxarışın itdiyini bəyan etmişdi.
.