Rusiya-Ukrayna münaqişəsinin hərbi yolla həlli yoxdur.

Bu barədə ABŞ dövlət katibi Marko Rubio NATO xarici işlər nazirlərinin Antalyada keçirilən qeyri-rəsmi toplantısında bildirib.


Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsində ədalətli sülhün əldə olunması üçün istənilən mexanizmi alqışlayır.

“NATO-nun daha da güclənmək imkanı var. Tramp bizi Rusiya-Ukrayna müharibəsində ədalətli sülhə aparan istənilən mexanizmə açıqdır. Yaxın bir neçə gündə irəliləyiş görmək istəyirik. Rusiya-Ukrayna münaqişəsinin hərbi yolla həlli yoxdur”, - Rubio qeyd edib.

.