ABŞ-ın göndərdiyi əlavə 4 ədəd HIMARS reaktiv yaylım atəşi sistemi Ukraynaya çatdırılıb.

Bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov "Twitter" hesabındakı paylaşımında bildirib.

O, ABŞ Prezidenti Co Baydenə, Pentaqon rəhbəri Lloyd Ostinə və Amerika xalqına Ukraynanın müdafiə qabiliyyətini dəstəklədiklərinə görə təşəkkür edib.

"Biz sübut etdik ki, bu silahları idarə edə bilərik",- Reznikov vurğulayıb.

.