ABŞ-ın Müstəqillik günü münasibətilə İllinoys ştatının Haylend-Park şəhərində keçirilən paradda atəş açan şəxs tutulub.

TASS xəbər verir ki, bu barədə şəhər Polis İdarəsinin rəisi Lu Coqmen bildirib.

Onun sözlərinə görə, 22 yaşlı şübhəli Robert Krimonu polis avtomobillə qısa təqibdən sonra yaxalayıb.

O, istintaq üçün Polis İdarəsinə təhvil verilib.

.