ABŞ administrasiyası faydalı qazıntıların hasilatı layihələrinin inkişafına təxminən 3 milyard dollar investisiya yatıracaq.
Bu barədə ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin təşkil etdiyi mədənçıxarma şirkətlərinin rəhbərləri ilə görüşdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Pentaqonun xətti ilə 1,4 milyard dollar Vaşinqton ştatında akkumulyatorlarda istifadə olunan materialların istehsalı zavodunun tikintisinə yönəldiləcək. Daha 400 milyon dollar hərbi qurum tərəfindən Avstraliyada skandium hasilatına, 150 milyon dollar isə Minnesota ştatında nadir torpaq elementlərindən hazırlanan maqnitlərin istehsalına ayrılacaq.
Bundan əlavə, 1 milyard dollar Arizona ştatında mis hasilatı layihəsinin inkişafına yönəldiləcək.
.
