Ötən gecə ABŞ-ın Missuri ştatının Ferqyuson şəhərində polis etirazçılara qarşı gözyaşardıcı qaz və işıqsaçan və qulaqbatıran qumbaradan istifadə edib. Ötən həftə Missuri ştatının bu şəhərində silahsız qaradərili yeniyetmə polis gülləsindən ölüb.
Avqustun 18-də Missuri qubernatoru fövqəladə vəziyyəti ləğv edib.
Prezident Barak Obama deyib ki, baş prokuror Eric Holder avqustun 20-də Ferqyusona gedəcək. O, qətli araşdıran müstəntiqlərlə görüşəcək.
Obama əhalini sakitliyə çağırıb: "Qarət, silah gəzdirmək, hətta polisə hücum gərginliyi artırır və qarışıqlıq yaradır” ("Azadlıq" radiosu).
.
