ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri beş dəqiqədə nəticəni göstərən COVID-19 ilə test hazırlayıblar.

Bu barədə universitetin saytında məlumat yayılıb.

Qeyd olunub ki, testin "qızıl standartı" olan PCR testi xeyli vaxt və laborator güc tələb edir:

"Şimal-Qərb Universiteti laboratoriyasında hazırlanan antigenə əsaslanan COVID-19-un yeni aşkarlanma metodu beş dəqiqə və ya daha az müddətdə 100 faiz nəticə göstərib".

Universitetin veb saytında bildirilib ki, yaxmadan götürülən ekpress-testdə koronavirusun bir neçə səthi zülalını aşkar etmək üçün nanomekanik platformadan istifadə edilir. Platformanın həssaslığı müxtəlif SARS-CoV-2 variantlarını aşkar etməyə imkan verir.

.