ABŞ, Avropa və Ukrayna nümayəndələri Rusiya – Ukrayna müharibəsinin dayandırılması üçün 22 təklifdən ibarət sənəd hazırlayıblar.

Bu barədə “NBC News” mənbələrə istinadən məlumat yayıb.

Məlum olub ki, sənədin maddələrindən biri 30 günlük atəşkəsi nəzərdə tutur.

Bundan başqa, planda ABŞ-nin Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləməyəcəyi tələbi də yer alıb.

 

.