
Əməkdar artist Abbas Bağırov aparıcı Elgiz Əkbəri və onun komandasını biabır edib.
Axşam.az bildirir ki, müğənni qatıldığı ARB TV-də yayımlanan "Səhər-səhər” verilişində sözlərinin təhrif edildiyini iddia edərək, İnstaqramda bu barədə paylaşım edib.
"Verilişdə qonaq oldum, amma düşünməzdim ki, bu qədər hörmətsizlik görərəm. Danışmadığım mövzunu özünüzdən uyduraraq, insanları niyə çaşdırırsınız? Buna görə də, efirlərlə az-az görünürəm. Bugündən etibarən, məni bu kanalda görməyəcəksiniz”, – deyə, Abbas bildirib.
.