7B nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb.
Bildirilib ki, dəyişikliyə əsasən bu xətt üzrə avtobuslar Yeni Yasamal parkından-Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinədək hərəkət edəcək. Hazırda 7B nömrəli marşrut xətti üzrə avtobuslar test rejimində yeni sxem üzrə hərəkət edir.
.
