Saatlıda qoyun oğurluğu ilə məşğul olan şəxs tutulub. 


Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi və Saatlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 4-də rayon sakinləri Şahbəndər Mirzəyevin və Aladdin Aybazovun həyətlərindən 55 baş qoyun oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü - Şamaxı rayon sakini Yolçu Qəhrəmanov tutulub.

 

Araşdırmalar davam etdirilir.

.