Paytaxtın Yasamal rayonunda ogurluq hadisəsi baş verib.
ARB TV xəbər verir ki, hadisə rayonun qanlı göl qəsəbəsində yerləşən jurnalist İntiqam Valehoğluna məxsus 2 otaqlı mənzlidə baş verib.
Xoşagəlməz hadisə ilə bağlı ilk xəbəri İntiqam qonşusundan aldığını deyir. Jurnalistin sözlərinə əsasən bir neçə gün evdə olmadığından mənzil boş qalıb. Bu isə dırnaq arası qəhrəmanlar üçün əsl fürsət olub.
İntiqam Valehoğlu - Zərərçəkən: "Evə gələndə gördüm ki, qapı linklə qırılıb. İçəri daxil oldum ki, televizor yoxdur və mətbəx avadanlıqlarının bir hissəsi aparılıb. Ümumi 1000 manat civarında ziyan dəyib. Həmçinin qapı qırılıb".
Zərərçəkən deyir ki kredirlə götürdüyü televizorun geri qalan 4 aylıq borcunu ödəməyə çalışdığı bir vaxta ogrulan ona maddi ziyanla yanaşı mənəvi ziyanda vurublar.
İntiqam Valehoğlu - Zərərçəkən: "Hər şeyi keçmək olar ancaq bunu etmək insanlıqdan kənar bir şeydir. Uşağın yığdığı 50 qəpiyə qədər aparıblar. Oğru da olmaq olar, başqa bir işdə görmək olar amma bu kimdisə şərəfini itirmiş adamdır. Heç olmasa bunlara dəyməzdi. Məsələnin mənəvi tərəfi mənə daha ağır gəlir".
Artıq məsələ ilə bağlı Yasamal rayon 28-ci polis bölməsinə məlumat verilib. Bölmə əməkdaşaları və kriminal ekspertlər mənzilə baxış keçirərək barmaq izləri götürüblər. Cinayətkarın tutularaq istintaqa təhfil verilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı cinayət işi başlanıb araşdırma aparılır.
Yenizaman.az



