Dövlət Təhlükəsizliyi Xidməti (DTX)  əməkdaşlarının keçirdikləri əməliyyat zamanı həbs olunan reket jurnalistlər son 10 ildə qeyri-qanuni fəaliyyətlə məşğul olub, müəyyən vəzifəli insanların uşaqları ilə bağlı qanunsuz çəkilişlər aparıblar.

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında DTX rəisi Mədət Quliyev deyib.

 

Onun sözlərinə görə, həmin şəxslər bu cür videogörüntülərlə həmin şəxslərdən pul tələb ediblər: "Bunula bağlı Dövlət Təhlükəsizlik Xidmətində cinayət işi qaldırılıb və məsələyə hüquqi qiymət veriləcək".

 

O həmçinin bildirib ki, DTX  qısa müddət ərzində cinayətkarların, casusların məhv edilməsi ilə nəticələnən 4 əməliyyat keçirilib".

M. Quliyev qeyd edib ki, bu istiqamətdə Azərbaycanın xususi xidmət orqanları tək işləmir:

 

"Biz digər dövlətlərin təhlükəsizlik xidməti orqanları ilə birgə işləyirik, onlarla məlumat mübadiləsi edirik. Əməkdaşlarımız cinayətkar dəstələrin üzvlərini saxlayarkən silahlı müqavimətlərlə üzləşiblər və onların qarşısı qətiyyətlə alınıb".

.