"Real" futbolçusu Kərim Benzemaya yeni müqavilə təklif etməyə hazırlaşır.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid klubu 29 yaşlı oyunçuya 4 və ya 5 illik müqavilə təklif edəcək. O, bu təklifi qəbul edəcəyi təqdirdə, illik maaşı 5 milyon avrodan 8 milyon avroya yüksəldiləcək.

Qeyd edək ki, K.Benzemanın hazırkı müqaviləsi 2019-cu ildə başa çatır.

.