Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda keçiriləcək Azərbaycan Qran Prisi ilə bağlı hazırlıq işlərini davam etdirir.
AzNews.az Bakı Şəhər Halqasına istinadən xəbər verir ki, yarışların keçirilməsi üçün baryer quraşdrıma işlərinin aparıldığı trekin Xəqani küçəsinin Puşkin və Bülbül küçələri ilə olan kəsişmələri arasındakı hissəsində martın 27-dən 31-dək hər gün gecə saatlarında, saat 22:00-dan səhər saat 06:00-dək avtomobillərin saxlanmaması xahiş olunur.
